29 
Fev
2024
13:04
329
10
3584
Virtual karabakh

Hərbçilərimiz “Akıncı” hücum PUA-larını havaya qaldırdılar - VİDEO

29 Fev, 2024
13:04
3584

Hərbçilərimiz “Akıncı” hücum PUA-larını havaya qaldırdılar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) pilotsuz uçuş aparatları (PUA) bölmələri ilə keçirilən təlim-məşq uçuşları davam etdirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlim-məşq uçuşlarından əvvəl heyətlər tərəfindən PUA-ların döyüşə hazırolma vəziyyətinə gətirilməsi üzrə fəaliyyətlər icra olunub.

Əvvəlcədən müəyyən edilmiş marşrutlar üzrə silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-ları tərəfindən hava kəşfiyyatının aparılması, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin olunması, eləcə də digər tapşırıqlar yerinə yetirilib.

Döyüş hazırlığının yüksək səviyyədə saxlanması və heyət üzvlərinin fərdi bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə PUA heyətləri qarşıya qoyulan bütün tapşırıqları yüksək peşəkarlıqla icra ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri