30 
Avq
2018
22:57
549
26
9264
Virtual karabakh

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı - VİDEO

30 Avq, 2018
22:57
9264

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakıda Ağdamın “Qarabağ” futbol klubu UEFA Avropa Liqasının play-off mərhələsi çərçivəsində cavab matçında Moldovanın “Şerif” komandası ilə qarşılaşıb.

Oxu.Az xəbər verir ki, Ağdam təmsilçisi inamlı qələbə qazanaraq UEFA Avropa Liqasının qrup mərhələsinə dördüncü dəfə vəsiqə qazanıb. Çempionlar Liqasını da saysaq, bu, “Qarabağ”ın ardıcıl beşinci qrup mərhələsi olacaq.

Matçın 9-cu dəqiqəsində Maksim Medvedev hesabı açıb. 42-ci dəqiqədə Donald Qerye hesab arasındakı fərqi ikiyə çatdırıb. 

55-ci dəqiqədə isə Filip Ozobiç komandasının üçüncü qolunu vurub. 

“Qarabağ” – “Şerif”
Maksim Medvedev, 9. Donald Qerye, 42. Filip Ozobiç, 55
İlk oyun 0:1. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri