22 
May
2019
22:20
58
119
8844
Virtual karabakh

Bakıda keçiriləcək finalın açılış mərasimində ingilis müğənni oxuyacaq

22 May, 2019
22:20
8844

Bakıda keçiriləcək finalın açılış mərasimində ingilis müğənni oxuyacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İngiltərə futbolu üçün necə də gözəl gündür. Doğma Londonumun iki klubunu Avropa Liqasının finalında görmək xoşdur. Belə bir imkanı qazanmaq, sadəcə, xəyal idi. Belə nəhəng səhnədə çıxış etmək imkanı insana görünməmiş hisslər bəxş edir. Finalda Londonun iki komandasının oynaması faktı isə ingiltərəli fanatlar üçün, sadəcə, ağlasığmazdır”. 

Bunu məşhur britaniyalı musiqiçi Conas Blu UEFA-nın rəsmi saytına açıqlamasında deyib.

İngilis müğənni mayın 29-da  “Arsenal” və “Çelsi” komandaları arasında Bakı Olimpiya Stadionundakı final matçının açılış mərasimində çıxış edəcək . Konsertdə Conas Blunu  150 yerli rəqqas müşayiət edəcək.

Blu son iki ildə populyarlığının pik həddindədir. 29 yaşlı ifaçı indiyədək 40 milyonadək sinqlini satıb. O həm də Böyük Britaniyanın ən tanınmış DJ-lərindəndir.

Qeyd edək ki, onun əsl adı Qay Ceyms Robindir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri