15 
İyl
2019
12:37
45
195
4674
Virtual karabakh

Bakıda daha bir mötəbər yarış başlayır - 132 qızıl medal sahibini tapacaq

15 İyl, 2019
12:37
4674

Bakıda daha bir mötəbər yarış başlayır - 132 qızıl medal sahibini tapacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məlum olduğu kimi, 21-27 iyul tarixlərində Azərbaycanda daha bir mötəbər yarış – Avropa Gənclər Olimpiya Festivalı (EYOF) keçiriləcək.

Oxu.Az xəbər verir ki, XV dəfə baş tutacaq bu yarışda 14-18 yaşlı idmançılar iştirak edəcək.

Komandalar 10 idman növü üzrə mübarizə aparacaq. Bu yarışlar idman gimnastikası, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə keçiriləcək.

Bakıdakı yarışda 132 medal dəsti sahibini tapacaq. Belə ki, bədii gimnastikada 14, atletikada 37, basketbolda iki, velosipeddə dörd, həndbolda iki, cüdoda 18, üzgüçülükdə 31, tennisdə dörd, voleybolda iki və güləşdə 18 qızıl medal veriləcək.

Yarış 12 idman obyektində keçiriləcək. Avropa Gənclər Olimpiya Festivalının açılış mərasimi iyulun 21-də saat 20:00-da gerçəkləşəcək. Bağlanış mərasimi isə 27 iyul saat 20:00-da başlayacaq. Hər iki mərasimin məkanı Kristal Zaldır.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri