19 
İyl
2019
17:42
151
26
4112
Virtual karabakh

“Qarabağ” argentinalı futbolçuya “elçi düşdü”

19 İyl, 2019
17:42
4112

“Qarabağ” argentinalı futbolçuya “elçi düşdü”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağdamın “Qarabağ” klubu argentinalı futbolçu Lukas Qamba ilə danışıqlar aparır.

Bu iddia ilə Argentinanın “Ole” nəşri çıxış edib.

Məlumata görə, 32 yaşlı futbolçu hazırda “Urakan” klubunda çıxış edir. Klub futbolçu ilə müqaviləni pozmaq üçün üç milyon dollar kompensasiya istəyir.

Qeyd olunur ki, “Qarabağ”dan başqa, Argentinanın “Rosario Central” klubu da bu futbolçu ilə maraqlanır.

Xatırladaq ki, Azərbaycan çempionu buna qədər bu mövsüm dörd futbolçu transfer edib. 

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri