17 
Yan
2022
11:52
18
141
2164
Virtual karabakh

Azərbaycanda daha bir federasiyanın prezidenti postuna seçki keçirilib - FOTO

17 Yan, 2022
11:52
2164

Azərbaycanda daha bir federasiyanın prezidenti postuna seçki keçirilib - FOTO

Azərbaycan Braziliya Ciu-Citsu Federasiyasının növbəti ümumi yığıncağı keçirilib.

Oxu.Az xəbər verir ki, açılış sözü ilə çıxış edən federasiyanın təsisçisi və İdarə Heyətinin sədri Taleh Həsənov yığıncağın məqsəd və məramından danışaraq gündəlikdə olan məsələlər haqqında yığıncaq iştirakçılarına məlumat verib. 

T.Həsənov çıxışı zamanı federasiyanın prezidenti Aqil Acalova son illərdə federasiya üçün gördüyü işlərə görə dərin minnətdarlığını bildirib. O bildirib ki, A.Acalov ona göstərilən etimadı doğruldaraq federasiyanın dinamik inkişafı və ardıcıl uğurlar qazanması üçün əlindən gələni edib.

Daha sonra çıxış edən A.Acalov öz növbəsində ona göstərilən etimada görə T.Həsənova öz minnətdarlığını bildirərək bundan sonra da federasiyanın inkişafı üçün çalışacağını deyib. 

Yığıncaq zamanı Azərbaycan Braziliya Ciu-Citsu Federasiyasının yeni İdarə Heyəti, İcra Heyəti və Tədris Komitəsi üzrə paytaxt və regionlarda yeni vəzifələrə təyinatlar olub. 

Federasiyanın prezidenti vəzifəsinə Taleh Həsənov tərəfindən tək namizəd olaraq Aqil Acalov yığıncağa təklif edilib və ümumi heyət tərəfindən tam tərkibin lehinə qərarı ilə Acalov yenidən federasiyanın prezidenti seçilib.

Yığıncaq zamanı həmçinin Rüfət Həsənov federasiyanın vitse-prezidenti, Kamil Qocayev və Anar Səfərov sədr müavinləri, Rəna Səfərova baş katib postlarına təyinat alıb. Həmçinin İdarə Heyətinin bir sıra postlarına da təyinatlar olub.

Bundan əlavə, federasiyanın Bakı və Sumqayıt şəhərlərindən başqa, Gəncə, Qazax, Quba, Şamaxı kimi digər regionlarda da filialları və oradakı məsul şəxslərin adları təsdiqlənib. Həmçinin federasiya tərəfindən 2022-ci il ərzində keçiriləcək yarışların, turnirlərin və seminarların siyahısı təsdiqlənərək gündəliyə salınıb.

Sonda yığıncaq iştirakçılarına vəsiqə və sertifikatlar təqdim edilib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri