18 
Okt
2022
23:53
243
15
1894
Virtual karabakh

“Aimchess Rapid”: Şəhriyar Məmmədyarov yarımfinala vəsiqə qazandı

18 Okt, 2022
23:53
1894

“Aimchess Rapid”: Şəhriyar Məmmədyarov yarımfinala vəsiqə qazandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində 1/4 final görüşünə çıxıb.

“Report”un məlumatına görə, 37 yaşlı qrossmeyster bu raundda Özbəkistan təmsilçisi Nodirbek Abdusattorovla üz-üzə gəlib. Rəqibini 2,5:1,5 hesabı ilə məğlub edən Məmmədyarov yarımfinala yüksəlib.

O, finala gedən yolda Dommaraju Qukeş (Hindistan) - Riçard Rapport (Macarıstan) cütünün qalibi ilə qarşılaşacaq.

Digər yarımfinal görüşü isə norveçli dünya çempionu Maqnus Karlsenlə polşalı Yan Kşiştof-Duda arasında olacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri