Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Hindistanda dini ayin zamanı yüzdən çox insan ölüb
Hindistanın Uttar-Pradeş ştatının mərkəzi əyalətinin Hathras şəhərində dini ayin zamanı yaranan izdihamda azı 121 nəfər ölüb.
Məlumata görə, ölən 121 nəfərin əksəriyyəti qadınlardır. İlkin məlumatlara görə, tədbir zamanı dini təbliğatçı xüsusi qurulmuş çadırda öz ardıcıllarına müraciət edib. Məkana çoxlu adam toplaşıb, havasızlıq yaranıb və insanlar tələsik çadırı tərk etməyə başlayıblar. Bu arada insanlar bir-birini tapdalayıblar.
Hadisə yerinə təcili tibbi yardım maşınları və polis gəlib. Qurbanların sayının artacağı istisna edilmir.
Mənbə: REUTERS
"Hindistan" teqi üzrə xəbərlər
- İtaliya Superkubokunun keçiriləcəyi ölkə dəyişdirilə bilər
- Bakı həbsxanasında saxlanılan hindistanlı "kriminal avtoritet" ölkəsinə ekstradisiya ediləcək
- Ukrayna XİN: "Bu il münaqişəyə son qoymağa hazırıq"
- Hindistanın Baş naziri Narendra Modi Zelenskiyə müraciət edib
- Hindistanda şirlər adam ovuna çıxıblar: İki həftədə üç nəfər parçalandı
Ən çox oxunanlar