19 
Apr
2015
14:11
79
86
3555
Virtual karabakh

Bakı-2015 Avropa Oyunları üçün telekommunikasiya infrastrukturu yaradılıb

19 Apr, 2015
14:11
3555

Bakı-2015 Avropa Oyunları üçün telekommunikasiya infrastrukturu yaradılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yarışların keçiriləcəyi obyektlər optik lifli rabitə xətlərinə qoşulacaqlar.

Bakı-2015 Avropa Oyunlarının keçiriləcəyi obyektlərin hamısı optik lifli rabitə xətlərinə qoşulacaqlar. 

Oxu.Az xəbər verir ki, bu barədə Trend-ə "Bakı Telefon Rabitə" İstehsalat Birliyindən bildirilib.

Qeyd olunub ki, İstehsalat Birliyi tərəfindən 200 kilometr uzunluğunda optik magistral salınıb və şəbəkə avadanlıqları quraşdırılıb.

Məlumatların fasiləsiz axınını təmin etmək üçün hər biri 1 giqabit buraxılış gücünə malik iki xətdən (əsas və alternativ) istifadə olunub.

Bundan əvvəl Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə bildirilmişdi ki, Avropa Oyunları zamanı obyektlərdə davamlı rabitənin təmin olunması üçün dövlət rabitə operatorlarının və digər dövlət qurumlarının mövcud kabel infrastrukturundan istifadə olunacaq.

Şəbəkələrin yaradılması üçün Məlumat Hesablama Mərkəzinin proqram-aparat kompleksləri, AzDATACOM və digər strukturların şəbəkəsindən faydalanmaq planlaşdırılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri