Niderlandlı “Red Bull” pilotu Maks Ferstappen “Formula-1” üzrə dünya çempionatının 9-cu turu olan Avstriya Gran-prisinin qalibi olub.
Yarışlar bazar günü Şpilberqdə keçirilib.
İkinci yeri “Ferrari”dən olan moneqasklı Çarlz Lekler tutub. İlk üçlüyü isə 15-ci yerdən başlayan “Red Bull”un digər pilotu meksikalı Serxio Peres qapayıb.
Beləliklə də, Ferstappen “Formula-1”də 42-ci qələbəsini qazanıb. Bu göstəriciyə görə o, üçqat dünya çempionu Sennanı qabaqlayaraq beşinci yerə çıxıb. O, yalnız fransalı Alen Prost (51), almanlar Sebastyan Fettel (53) və Mixael Şumaxer (91), həmçinin britaniyalı Lyuis Hamiltondan (103) geri qalır.
Qeyd edək ki, növbəti mərhələ iyulun 7-dən 9-dək Böyük Britaniyada keçiriləcək.
Mənbə: TASS
Rəylər