11 
İyl
2023
16:56
106
12
2143
Virtual karabakh

“Linkoln”un baş məşqçisi: “Qarabağ” güclüdür”

11 İyl, 2023
16:56
2143

“Linkoln”un baş məşqçisi: “Qarabağ” güclüdür”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəbəllüttariqin “Linkoln” klubunun baş məşqçisi Xavi Munyos Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”la ilk oyundan öncə fikirlərini bildirib.

Klubun televiziyasına danışan ispaniyalı mütəxəssis Azərbaycan təmsilçisi ilə eyni səviyyədə oynamağa çalışacaqlarını söyləyib:

“Rəqibimiz güclüdür. “Qarabağ” bizim üçün çətinlik yarada bilər. Onlar təcrübəlidirlər. Amma biz də “Linkoln”uq. “Qarabağ”la eyni səviyyədə oynamağa çalışacağıq. Ümidliyik və qələbə əzmindəyik. Onlara çətinliklər yaratmağa çalışacağıq. Çox həyəcanlıyam və matça ümidlə baxıram. Əsas hədəfimiz mümkün qədər irəli getməkdir. Çətin olacaq, amma bu, bizim arzumuz və xəyallarımızdır”.

Qeyd edək ki, bu gün oynanılacaq “Linkoln” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri