28 
Sen
2023
13:36
45
4
793
Virtual karabakh

Bakıda cüdo üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilir

28 Sen, 2023
13:36
793

Bakıda cüdo üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Bakıda beynəlxalq təlim-məşq toplanışı keçirilir.

ACF-dən verilən məlumata görə, Böyük Dəbilqənin başa çatmasından sonra start götürən hazırlıq prosesi sentyabrın 29-dək davam edəcək.

Toplanışda 100-dən çox idmançı iştirak edir. Təlim-məşq toplanışına Azərbaycanın kişilərdən, gənc oğlanlardan və qadınlardan ibarət milli komandalarının üzvləri ilə yanaşı, Braziliya, Danimarka, Polşa, Portuqaliya, Rumıniya, Amerika Birləşmiş Ştatları, Avstraliya, Slovakiya, Səudiyyə Ərəbistanı və digər ölkələrin cüdoçuları qatılıblar.

Bu, 4-8 oktyabrda Portuqaliyada gerçəkləşəcək gənclər arasında dünya çempionatına hazırlıq məqsədi daşıyır.

Eyni zamanda, təlim-məşq toplanışı böyüklərdən ibarət millinin 3-5 noyabrda Fransada keçiriləcək Avropa çempionatına hazırlıqları üçün mühüm mərhələlərdən biridir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri