Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-nin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb.
Oxu.Az News.am-a istinadən bildirir ki, Təhlükəsizlik Şurasının Mətbuat Xidmətinin məlumatına görə, görüş zamanı həmsöhbətlər regional təhlükəsizlik və sabitliklə bağlı məsələləri müzakirə ediblər, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə və son hadisələrə toxunublar.