Okt
2023
21:51
320
13
5982
Virtual karabakh

“Qalatasaray” İngiltərə hökumətini ittiham etdi

4 Okt, 2023
21:51
5982

“Qalatasaray” İngiltərə hökumətini ittiham etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin “Qalatasaray” futbol klubunun rəhbərliyi İngiltərə hökumətini komandaya qarşı hörmətsizlikdə ittiham edib.

Müvafiq açıqlamanı “Qalatasaray”ın mətbuat xidməti yayıb.

“Oyunçuların, texniki heyətin və komandamızın əməkdaşlarının viza almaqda çətinlik çəkməsi ilə başlayan hörmətsiz davranış komandamızın Böyük Britaniyaya daxil olması zamanı da davam etdi və dünən axşam saatlarından etibarən ümumbəşəri insan hüquqları dəyərlərinə zidd rəftara çevrildi. Dünən gecə saatlarında komanda təyyarəmizin havaya qalxması mənasız və detallı baqaj yoxlamaları ilə lüzumsuz olaraq gecikdirildi və əsl işgəncəyə çevrildi. Bu proses zamanı səlahiyyətlilərin davranışı, göstərilən hörmətsizlik ölkəmizə olan münasibətdən xəbər verir. “Qalatasaray” idman klubunun futbolçularına, texniki heyətinə və rəhbərliyinə qarşı heç kim bu cür rəftar edə bilməz. Bütün ictimaiyyətə bildiririk ki, nalayiq hərəkət edənlərə qarşı sona qədər mübarizə aparacağıq. Bütün baş verənlərdən asılı olmayaraq, matçdan əvvəl və sonra klubumuzu mehribanlıqla qarşılayan “Mançester Yunayted” təmsilçilərinə təşəkkür edirik”, - bəyanatda deyilr.

Xatırladaq ki, çərşənbə axşamı Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun matçında “Qalatasaray” İngiltərənin “Mançester Yunayted” klubunu 3:2 hesabı ilə məğlub edib.

İki turdan sonra “Qalatasaray” dörd xalla A qrupunda turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Mançester Yunayted” turnir cədvəlini xalsız tamamlayır.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri