30 
Okt
2023
01:50
50
19
2253
Virtual karabakh

“Napoli” “Milan” oyununda qalib müəyyənləşmədi - VİDEO

30 Okt, 2023
01:50
2253

“Napoli” “Milan” oyununda qalib müəyyənləşmədi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliya A Seriyasının X turunun mərkəzi oyunu son çempion “Napoli” ilə “Milan” arasında keçirilib.

Oxu.Az xəbər verir ki, Neapolda təşkil olunan görüşdə qalib müəyyənləşməyib - 2:2.

İlk yarıda Milan klubu Olivye Jirunun dublu ilə iki topluq üstünlük qazansa da, bunu sona qədər qorumağı bacarmayıb.

Fasilədən sonra Matteo Politano və Cakomo Raspadorinin qolları “Napoli”ni məğlubiyyətdən xilas edib.

Hazırda “Milan” 22 xalla üçüncü, “Napoli” 18 xalla dördüncüdür.

Faiq Tahirov

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri