Noy
2023
11:56
87
6
1236
Virtual karabakh

“Qəbələ”nin baş məşqçisi: “Oyunun Zəfər Gününə təsadüf etməsi bizə əlavə motivasiya verəcək”

8 Noy, 2023
11:56
1236

“Qəbələ”nin baş məşqçisi: “Oyunun Zəfər Gününə təsadüf etməsi bizə əlavə motivasiya verəcək”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Olimpiakos”la oyun 8 Noyabr – Zəfər Gününə təsadüf etdiyindən, ikiqat məsuliyyət var. Bu amil bizə əlavə motivasiya verəcək”.

Bunu “Report”a açıqlamasında “Qəbələ”nin U-19 komandasının baş məşqçisi Famil Xəlilov Yunanıstan “Olimpiakos”una qarşı keçiriləcək UEFA Gənclər Liqasının II mərhələsinin ilk oyunu ilə bağlı danışarkən deyib.

Mütəxəssisin fikrincə, budəfəki rəqib birinci mərhələdə üstələdikləri Macarıstan “Puşkaş Akademiya”sından güclüdür:

“Olimpiakos” əvvəlki mərhələdə qarşılaşdığımız rəqibdən qat-qat təcrübəli və güclü komandadır. Yunanıstan təmsilçisi I mərhələdə İtaliya klubu “Leççe”ni hər iki görüşdə məğlub edib. Həmin qarşılaşmaları təhlil etmişik. Həm hücumda, həm də müdafiədə kifayət qədər yaxşı təşkilatlanmış komandadır. Meydanboyu kollektiv şəkildə hərəkət edirlər. Heyətlərində xeyli sayda təhlükəli oyunçular var. Onlara qarşı müəyyən planlarımız olacaq”.

Famil Xəlilov şansları yarı-yarıya hesab edir:

“Uğur qazanmaq olar, mümkünsüz heç nə yoxdur. Bu cütdə az səhv edən komanda mərhələni keçəcək. Ölkəmizi layiqincə təmsil etmək, növbəti mərhələyə adlamaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, bu gün Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” - “Olimpiakos” oyunu saat 16:00-da başlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri