13 
Noy
2023
11:28
25
3
779
Virtual karabakh

Premyer Liqa: “Qəbələ”nin kapitanı mövsümün ən yaşlı futbolçusu olub

13 Noy, 2023
11:28
779

Premyer Liqa: “Qəbələ”nin kapitanı mövsümün ən yaşlı futbolçusu olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qəbələ”nin kapitanı Asif Məmmədov Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə meydana çıxan ən yaşlı futbolçu olub.

“Report”un məlumatına görə, yarımmüdafiəçi XIII turda “Zirə” ilə oyunda iştirak etməklə bu göstəriciyə imza atıb.

Qarşılaşmanın 83-cü dəqiqəsində Yaovi Akakponu əvəzləyən Asif Məmmədov cari mövsümdə ilk matçını keçirib. O, 37 yaş 98 günündə oynamaq şansı qazanıb.

“Qəbələ”nin kapitanına qədər mövsümün ən yaşlı futbolçusu “Kəpəz”in 35 yaşlı müdafiəçisi Vurğun Hüseynov idi. “Zirə”nin qapıçısı Anar Nəzirov və onun “Turan Tovuz”dakı həmkarı Kamal Bayramov bu mövsüm Peşəkar Futbol Liqasında qeydiyyatdan keçən ən yaşlı futbolçulardır. Lakin onlar hələ heç bir görüşdə iştirak etməyiblər.

Qeyd edək ki, “Zirə” - “Qəbələ” oyunu birincilərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri