27 
Noy
2023
16:20
36
8
2445
Virtual karabakh

Maks Ferstappen “Formula-1” tarixində üçüncü pilləyə yüksəlib

27 Noy, 2023
16:20
2445

Maks Ferstappen “Formula-1” tarixində üçüncü pilləyə yüksəlib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Formula-1” üzrə üçqat dünya çempionu Maks Ferstappen yarış tarixində ən çox Qran-pri qalibi olan pilotların siyahısında üçüncü pilləyə yüksəlib.

“Report” xəbər verir ki, 2023 mövsümünün sonuncu mərhələsini də zirvədə tamamlayan niderlandlı karyerasında 54-cü dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, bu göstərici ilə almaniyalı Sebastyan Fetteli geridə qoyub. Ferstappen hazırda yalnız almaniyalı Mixael Şumaxer (91) və britaniyalı rekordçu Lyuis Hemiltondan (103) geri qalır.

Qeyd edək ki, “Red Bull” komandasının heyətində mübarizə aparan Maks Ferstappen 2023 mövsümündə keçirilən 22 Qran-prinin 19-da qalib gəlib. O, yalnız Səudiyyə Ərəbistanı və Azərbaycan mərhələlərində finişə ikinci pillədə, Sinqapurda isə 5-ci yerdə çatıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri