Dek
2023
23:00
60
12
1772
Virtual karabakh

Çempionlar Liqasında həftənin oyunçusu seçildi

1 Dek, 2023
23:00
1772

Çempionlar Liqasında həftənin oyunçusu seçildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Bu barədə UEFA-nın Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, bu ada “Latsio”nun hücumçusu Çiro İmmobile layiq görülüb.

Çərşənbə axşamı, noyabrın 28-də 33 yaşlı hücumçu Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun “Seltik”lə matçında (2:0) iki qol vurmağı bacarıb.

İtaliyalı futbolçu mükafat uğrunda mübarizədə “Mançester Siti”dən Fil Foden, “Benfika”nın yarımmüdafiəçisi Joau Mariu və “Qalatasaray”da çıxış edən mərakeşli Hakim Ziyeşi geridə qoyub.

Qeyd edək ki, İmmobile 2016-cı ilin iyulundan “Latsio”da çıxış edir. Bu mövsüm o, Roma klubunda 17 oyun keçirib və yeddi qol vurub.

“Transfermarkt” portalının məlumatına görə, onun bazar dəyəri 15 milyon avro təşkil edir.

Mənbə: sovsport.ru

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri