Dek
2023
09:56
46
18
3217
Virtual karabakh

AVRO-2024-ün seçmə mərhələsinin ən yaxşı qolu müəyyənləşib - VİDEO

5 Dek, 2023
09:56
3217

AVRO-2024-ün seçmə mərhələsinin ən yaxşı qolu müəyyənləşib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AVRO-2024-ün seçmə mərhələsinin ən yaxşı qolu müəyyənləşib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, Qazaxıstan millisinin futbolçusu Asxat Taqıberqenin II turda Danimarka ilə görüşdə vurduğu qol azarkeşlər tərəfindən ən yaxşı seçilib.

Yarımmüdafiəçi komandasının öz meydanında 3:2 hesabı ilə qalib gəldiyi qarşılaşmanın 86-cı dəqiqəsində cərimə meydançası kənarından qüvvətli zərbə ilə rəqibi məyus edib.

O, azərbaycanlı Emin Mahmudov, albaniyalı Kristian Aslani ilə Yasir Asani, ingiltərəli Bukayo Saka, sloveniyalı Yan Vipotnik, fransalı Kilian Mbappe, belçikalı Leandro Trossard, lixtenşteynli Sandro Volfinger və türkiyəli Yunus Akgündən çox səs toplayıb.

Qeyd edək ki, Azərbaycan millisinin kapitanı Emin Mahmudovun İsveçlə Bakıdakı qarşılaşmada (3:0) meydanın mərkəzindən vurduğu top IX turun ən yaxşı qolu seçilmişdi.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri