Dek
2023
05:16
61
10
1751
Virtual karabakh

25 futbolçu İngiltərə Futbol Assosiasiyasını məhkəməyə verdi

7 Dek, 2023
05:16
1751

25 futbolçu İngiltərə Futbol Assosiasiyasını məhkəməyə verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

25 sabiq futbolçu, o cümlədən Premyer Liqada çıxış etmiş üç futbolçu İngiltərə Futbol Assosiasiyasını məhkəməyə verib.

Assosiasiya futbolçuların kəllə-beyin zədələrindən kifayət qədər müdafiə olunmasını təmin etməməkdə ittiham edilir. İlk məhkəmə iclası növbəti ilə təyin edilib.

Kompensasiya tələb edən bütün oyunçular xroniki travmatik ensefalopatiya və postkontuziya sindromu kimi qalıcı nevroloji pozuntulardan əziyyət çəkirlər.

Hazırda iddiaçılar anonimliklərini saxlamağa üstünlük verirlər, lakin bu iş üzrə ilk məhkəmə iclasının keçiriləcəyi 16 yanvar tarixində onlar kimliklərini açıqlaya bilərlər.

Məlumata görə, futbolçuların əksəriyyətinin 60-70 yaşı var, çünki məhz bu zaman sağlamlıqla bağlı problemlər yaranır. Bununla belə, iddiaçılar arasında daha gənc oyunçular da var ki, artıq 30 yaşında problem yaşamağa başlayıblar.

Mənbə: “Daily Mail”

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri