Dek
2023
07:14
18
51
1406
Virtual karabakh

Məşhur tennisçi karyerasını başa vurur?

8 Dek, 2023
07:14
1406

Məşhur tennisçi karyerasını başa vurur?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniyalı tennisçi Rafael Nadal karyerasını başa vura bilər.

“Böyük ehtimalla 2024-cü il mənim son ilim olacaq. Bəlkə də zədəm yalnız altı ay çəkəcək. Mən indi bu suallara cavab verə bilmərəm. Bircə onu deyə bilərəm ki, yarışlara qayıdacağam.

Günün sonunda nə baş verə biləcəyini bilmirsən. Həmişə özünə şans verməlisən və səni sözünün qulu edəcək ifadələr deməməlisən. Fiziki və mənəvi vəziyyətim mənə etdiyim işi davam etdirməyə və həzz almağa imkan verirsə, niyə son tarixləri təyin etməliyəm. Mən bunun məntiqli olduğunu düşünmürəm”, - deyə o, bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Nadalın 2024-cü ilin yanvarında Avstraliyanın Brisben şəhərində keçiriləcək turnirdə korta qayıdacağı məlum olub. Yazda 37 yaşlı idmançı omba nahiyəsindən aldığı zədədən sağalmaq üçün karyerasına fasilə verməli olduğunu açıqlamışdı.

Xatırladaq ki, Nadal 22 dəfə “Böyük Dəbilqə”nin qalibi olub. Bu göstəriciyə görə, o, yalnız serbiyalı Novak Cokoviçdən (24) geri qalır.

Mənbə: matchtv.ru

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri