Dek
2023
22:53
52
4
665
Virtual karabakh

Azərbaycan Basketbol Liqası: “Xırdalan” uzun fasilədən sonra qələbə qazanıb

8 Dek, 2023
22:53
665

Azərbaycan Basketbol Liqası: “Xırdalan” uzun fasilədən sonra qələbə qazanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Basketbol Liqasında (ABL) VII turun növbəti oyunları keçirilib.

Oxu.Az-ın məlumatına görə, “Sərhədçi” İdman Mərkəzində baş tutan günün ilk oyununda iki debütant - “Xəzri” və “Sumqayıt” üz-üzə gəliblər.

Liderlər qrupunda qərarlaşan “Xəzri” rəqibi üzərində 95:85 hesablı qələbəyə sevinib. Ən məhsuldar basketbolçular “Xəzri”dən Cordan Perkins (19 xal, 12 asist, 11 ribaund), “Sumqayıt”dan isə Smit Roderik (19 xal, 8 ribaund) olublar.

Günün ikinci görüşündə yerli “Sərhədçi” ilə “Xırdalan” qarşılaşıb. Rəqibini 79:57 hesabı ilə məğlub edən “Xırdalan” uzun fasilədən sonra qələbə qazanıb. “Sərhədçi”dən Cekson Rid (13 xal, 4 asist), “Xırdalan”dan isə Cakori Arçi (21 xal, 3 ribaund) ən məhsuldar basketbolçular olublar.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri