Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Milli komandamız Avropa Çempionatında Ermənistanla üz-üzə gələcək
18 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının C divizionunda növbəti matçına çıxacaq.
Oxu.Az xəbər verir ki, millimiz Kosovonun paytaxtı Priştinada keçirilən yarışın qrup mərhələsinin son turunda Ermənistanla görüşəcək.
İlk iki turda qələbə qazanan yığmamız artıq yarımfinala vəsiqəni təmin edib. Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi komanda qrup mərhələsini 100 faizlik nəticə ilə bitirmək üçün autsayderi məğlub etməyə çalışacaq.
Qeyd edək ki, yarımfinal matçları iyulun 27-də keçiriləcək.
Avropa çempionatı, C divizionu
B qrupu
25 iyul
16:30. Ermənistan - Azərbaycan
Tetori İdman Zalı
1 | Azərbaycan | 2 | 2 | 0 | 146-121 | 4 |
2 | Gürcüstan | 2 | 1 | 1 | 145-142 | 3 |
3 | Albaniya | 2 | 1 | 1 | 117-122 | 3 |
4 | Ermənistan | 2 | 0 | 2 | 118-141 | 2 |
"Basketbol" teqi üzrə xəbərlər
- 39 yaşlı Tatyana Deniskina milli komandadakı karyerasını başa vurub
- Azərbaycan millisinin sabiq çalışdırıcısının komandası İngiltərə Kubokunun qalibi oldu
- Lebron Ceyms NBA-da tarixi nailiyyətə imza atdı
- Fiziki məhdudiyyətli türkiyəli idmançı: "Basketbol mənə maneələri aşmağa kömək olur"
- Ukraynalı yeniyetmə basketbolçuları öldürən şəxslərin kimliyi bəlli olub
Rəylər