Venesuela voleybol millisinin kapitanı Vilner Rivas baş vermiş güclü zəlzələ nəticəsində həyat yoldaşı və oğlu ilə birlikdə həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə Venesuela Voleybol Federasiyasının mətbuat xidməti rəsmi məlumat yayıb.
İyunun 27-də idmançının itkin düşdüyü barədə məlumat verilmişdi.
"Venesuela Voleybol Federasiyası bütün voleybol ailəsini bürüyən dərin kədərə şərik olur. İdmançının ailəsinə, dostlarına, komanda yoldaşlarına və yaxınlarına səmimi başsağlığı veririk", - deyə federasiyanın açıqlamasında bildirilib.
31 yaşlı Vilner Rivasın növbəti mövsümdə İspaniyanın "Quaqas" klubunda çıxış etməsi planlaşdırılırdı.
Xatırladaq ki, Venesuelada zəlzələ iyunun 24-ü axşam saatlarında baş verib. Təxminən 40 saniyə fərqlə 7.2 və 7.5 bal gücündə iki yeraltı təkan qeydə alınıb. Episentrləri Yarakuy ştatında bir-birindən 10 kilometr məsafədə yerləşən təbii fəlakət nəticəsində həlak olanların sayı 3 500 nəfəri ötüb.