10 
Dek
2023
23:52
78
12
1050
Virtual karabakh

“Turan Tovuz”un baş məşqçisi: “Birlikdə bu durumdan çıxacağıq”

10 Dek, 2023
23:52
1050

“Turan Tovuz”un baş məşqçisi: “Birlikdə bu durumdan çıxacağıq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 16-cı turunda “Neftçi”yə 2:3 hesabı ilə uduzduqları oyun haqqında danışıb.

Qol.az xəbər verir ki, mütəxəssis görüşdən sonra keçirilən mətbuat konfransında əvvəlcə bunları deyib:

- Çətin və maraqlı oyun oldu. Hesabda geri düşsək də, qollar vurduq. Hər qoldan sonra hesabda önə çıxa bilərdik. Amma imkanlardan yaxşı istifadə edə bilmədik. İkinci hissədə 11-ci dəqiqədə rəqib ilk dəfə cərimə meydanımıza daxil oldu. Təəssüf ki, qol buraxdıq. Bu gün ustalıq qalib gəldi. “Qəbələ” ilə matçı çıxsaq, rəqiblərlə başabaş oynamışıq. Davam etmək lazımdır. Bilirdik ki, çətin olacaq. Yeni gələnlər var. Amma oyundan-oyuna yaxşılığa doğru gedirik. Təslim olmaq olmaz. Ruhdan düşsək, çətin olacaq. Futbolçuların arxasındayıq, birlikdə bu durumdan çıxacağıq.

- Komanda əks-hücumlardan oynasaydı, hesab başqa cür alınardı?

- Mən futbola hücum, əks-hücum kimi yanaşmıram. Mövsümün əvvəlində demişdim ki, bu il oyunu otuzdurmaq lazımdır. Amma çətin olacaq. Oyunu otuzdurmaq istəyiriksə, boşluqlar olacaq. Qol epizodlarına giririk, istifadə edə bilmirik. Qollar buraxırıq. Əks-hücum, müdafiə oynasaydıq...Bunu özümüzə yaxın buraxmıram. Bəzi mövqelər var, orada ya futbolçular artırmalıdır, ya da gələcəkdə ora uyğun oyunçular tapmalıyıq.

- Üçüncü qol sanki ofsayddan vuruldu. Siz necə düşünürsüz?

- Hakimlik haqda danışmaq istəmirəm. Bu gün eşidirəm, hakim deyir VAR-dakı bildirdi ki, top başqasından çıxıb. Niyə VAR-dakı deyir bunu? Autu da səhv verirlər. Başa toxunuş varsa, dərhal matç dayanmalıdır. Top bizdə olanda dərhal saxlanılır, ancaq rəqibdə olanda belə qərar yox idi. VAR-da olan hakim yəqin xətti çəkib.

- Komandadan göndəriləcək futbolçuların siyahısını hazırlamısız?

Bu dəqiqə hər kəsin müqaviləsi var. Kiməsə rahat demək olmur ki, getmək lazımdır. Son oyunlardan sonra fikirləşəcəyik. Güclənmək lazımdır.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri