13 
Dek
2023
00:13
95
16
2778
Virtual karabakh

Klublararası dünya çempionatı başladı: Benzemanın komandası 1/4 finala çıxdı - VİDEO

13 Dek, 2023
00:13
2778

Klublararası dünya çempionatı başladı: Benzemanın komandası 1/4 finala çıxdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandası ölkənin Ciddə şəhərində keçirilən klublararası dünya çempionatının ilk tur matçında Yeni Zelandiyanın “Ouklend Siti” klubuna 3:0 hesabı ilə qalib gəlib.

Qolları Romarinyo (29-cu dəqiqə), Nqolo Kante (34) və Kərim Benzema (40) vurub.

İkinci turda “Əl-İttihad” yarımfinala çıxış uğrunda Misirin “Əl-Əhli” komandası ilə qarşılaşacaq. Cütün qalibi Braziliyanın “Fluminense” klubu ilə yarımfinal oynayacaq. 

Dekabrın 15-də İngiltərənin “Mançester Siti” komandası ilə yarımfinalda oynamaq hüququ uğrunda görüşdə Meksika “Leon”u Yaponiyanın “Urava Red Daymonds” komandası ilə üz-üzə gələcək.

Qeyd edək ki, klublararası dünya çempionatı 2000-ci ildən keçirilir (turnir 2001-2004-cü illərdə baş tutmayıb). Hazırkı çempion İspaniyanın “Real Madrid” komandasıdır və o, beş qələbə ilə turnir tarixində ən çox uğur qazanan klubdur.

2025-ci ildən etibarən turnir 32 klubun iştirakı ilə yeni formatda keçiriləcək. Çempionat ABŞ-də təşkil olunacaq, dəqiq tarixlər daha sonra açıqlanacaq.

Mövcud reqlamentə əsasən, klublararası dünya çempionatında yeddi komanda - qitə birinciliklərinin altı qalibi və ev sahibi ölkənin çempionu iştirak edir.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri