13 
Dek
2023
16:46
132
14
1146
Virtual karabakh

AFFA-nın vitse-prezidenti: “Qarabağ” Avropa Liqasında pley-offa çıxmaqla yeni tarix yazacaq”

13 Dek, 2023
16:46
1146

AFFA-nın vitse-prezidenti: “Qarabağ” Avropa Liqasında pley-offa çıxmaqla yeni tarix yazacaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ” Avropa Liqasında pley-offa çıxmaqla yeni tarix yazacaq və azarkeşləri sevindirəcək. Buna ümidimiz böyükdür”.

Bunu “Report”a açıqlamasında AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində İsveçin “Hakken” klubuna qarşı keçirəcəyi son oyunla bağlı danışarkən deyib.

64 yaşlı mütəxəssis Azərbaycan çempionunun doğma meydan amilindən yararlanaraq, qələbə qazanacağına inanır:

“Qarabağ”ın layiq olduğu yeri tutması üçün ən yaxşı oyunlarından birini keçirəcəyini düşünürəm. Hər şey təmsilçimizin öz əlindədir. “Molde”nin son matçını izləməyəcəyik. “Qarabağ” növbəti mərhələyə qadir və layiqdir”.

Vaqif Sadıqov bəzi amillərin mümkün təsirindən də bəhs edib. Onun fikrincə, Ağdam təmsilçisi psixoloji cəhətdən çətin görünən sınaqdan üzüağ çıxacaq:

“Kənardan rahat görünə bilər. Ancaq son oyun psixoloji cəhətdən hərtərəfli çətin olacaq. Bir neçə amil var ki, onların müsbət və ya mənfi təsiri ola bilər. Məsələn, rəqib bura heç bir iddiası olmadan, rahat gəlir. Digər tərəfdən, bütün Azərbaycanın gözləntisi qələbədir. Yenə də “Qarabağ” bütün bunlara tam hazır olacaq. Bu komanda azarkeşlərin də dəstəyi ilə istəyinə nail olacaq təcrübəyə malikdir”.

Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Hakken” oyunu saat 21:45-də başlayacaq. Qurban Qurbanovun kollektivi hazırda 7 xalla H qrupunun ikinci pilləsində qərarlaşıb. “Hakken”in isə hesabında xal yoxdur.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri