24 
Yan
2024
23:54
566
45
7277
Virtual karabakh

Qurban Qurbanov Xabi Alonsoya Qarabağ xalçası hədiyyə edib - YENİLƏNİB + FOTO

24 Yan, 2024
23:54
7277

Qurban Qurbanov Xabi Alonsoya Qarabağ xalçası hədiyyə edib - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Bayer”in (Leverkuzen) baş məşqçisi Xabi Alonsoya Qarabağ xalçası hədiyyə edib.

Qafqazinfo xəbər verir ki, təcrübəli mütəxəssis Almaniyada Avropa Liqasının qrup mərhələsində Ağdam klubunun rəqibi olan “Bayer”in (Leverkuzen) baş məşqçisi Xabi Alonso ilə görüşüb.

Qeyd edək ki, Q.Qurbanovun məqsədi ispaniyalı çalışdırıcının məşq metodları ilə maraqlanmaq və Almaniya təmsilçisinin düşərgəsində təcrübə toplamaqdır.

22:48

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almaniyada Bundesliqanın lideri “Bayer”in düşərgəsində səfərdədir.

Futbol klubundan verilən məlumata görə, Qurban Qurbanov Leverkuzen təmsilçisinin hazırlıq prosesini izləyib.

O, “Bayer”in baş məşqçisi Xabi Alonso ilə də görüşüb.

“Çoxdan idi ölkə xaricində belə tədbirdə olmamışdım. “Bayer”in oyun üslubu və uğurlu nəticələri məni çox cəlb etdi. Xabi Alonsonun iş prinsipləri çox maraqlı idi. O, zəngin futbolçu karyerası ərzində çox böyük məşqçilərin rəhbərliyi altında çıxış edib. İspaniyalı mütəxəssis məşqçi fəaliyyətində qısa müddətdə kifayət qədər uğur qazanmağa nail olub. Alonsonun özünün, vaxtilə onun oynadığı komandalarda çalışmış mütəxəssislərin iş prinsipləri ilə də maraqlanmaq istəyirdim”, - deyə “Qarabağ”ın baş məşqçisi bildirib.

Qurbanov Almaniya səfərinin ilk gününü faydalı hesab edib:

“Bayer”in bugünkü məşqində iştirak etdim. Hazırlıq prosesindən sonra Alonso ilə görüşümüz oldu. Onun futbolçu və məşqçi karyerası, çalışdığı məşqçilər Pep Qvardiola, Karlo Ançelotti, Joze Mourinyo və digərləri ilə bağlı söhbət etdik. Futbolçu olduğu illərdə fərqli oyun fəlsəfələri olan mütəxəssislərlə çalışan ispaniyalı mənə onlar haqda geniş məlumat verdi. Həqiqətən çox faydalı görüş alındı”.

18:41

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almaniyaya gedib.

Bu barədə “Qafqazinfo”ya klubun mətbuat katibi Anar Hacıyev məlumat verib.

O bildirib ki, təcrübəli mütəxəssis Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Bayer” (Leverkuzen) klubunun baş məşqçisi Xabi Alonso ilə görüşəcək.

Q.Qurbanovun məqsədi ispaniyalı çalışdırıcının məşq metodları ilə maraqlanmaq və Almaniya təmsilçisinin düşərgəsində təcrübə toplamaqdır.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri