12 
Fev
2024
14:38
91
11
1366
Virtual karabakh

“Braqa”nın baş məşqçisi: “Qarabağ”la çox çətin oyunumuz olacaq”

12 Fev, 2024
14:38
1366

“Braqa”nın baş məşqçisi: “Qarabağ”la çox çətin oyunumuz olacaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ”la çox çətin oyunumuz olacaq”.

Bunu Portuqaliyanın “Braqa” klubunun baş məşqçisi Artur Jorje UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçiriləcək oyun barədə danışarkən deyib.

52 yaşlı mütəxəssis vacib görüşə çıxacaqlarını bildirib:

“Çempionatda “Sportinq”ə 0:5 hesablı məğlubiyyətə baxmayaraq, irəli baxmalıyıq. İndi təəssüflənmək vaxtı deyil. Bu nəticəni unutmaq və “Qarabağ”la görüşə köklənmək lazımdır”.

Qeyd edək ki, fevralın 15-də keçiriləcək “Braqa” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Cavab görüşü ayın 22-də Bakıda gerçəkləşəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri