13 
Fev
2024
02:30
55
7
2339
Virtual karabakh

“Çelsi” “Kristal Pelas”ı qol vurmağa peşman etdi - VİDEO

13 Fev, 2024
02:30
2339

“Çelsi” “Kristal Pelas”ı qol vurmağa peşman etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərə Premyer Liqasında 24-cü turun oyunları davam edir.

Oxu.Az xəbər verir ki, turnirin iddialı kollektivlərindən “Çelsi” səfərdə “Kristal Pelas”la qarşılaşıb.

Oyunun 30-cu dəqiqəsində ev sahibləri hesabı açıblar. Lerma fərqlənərək “Kristal Pelas”ı önə çıxarıb. 47-ci dəqiqədə Qallaher qonaqların cavab qolunu vuraraq hesabı bərabərləşdirib - 1:1. 90+1-ci dəqiqədə isə futbolçu dubla imza ataraq komandasının qələbəsini təmin edib. Oyunda son nöqtəni 90+4-cü dəqiqədə “zadəganlar”ın üçüncü qolunu vuran Fernandes qoyub - 1:3.

Beləliklə də, “Çelsi” hazırda 34 xalla turnir cədvəlində 10-cu yerdə qərarlaşıb. “Kristal Pelas” isə 24 xalla 15-cidir.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri