13 
Fev
2024
11:20
64
5
908
Virtual karabakh

Avropa çempionatı: Azərbaycanın daha beş güləşçisi mübarizəyə qoşulacaq

13 Fev, 2024
11:20
908

Avropa çempionatı: Azərbaycanın daha beş güləşçisi mübarizəyə qoşulacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında Azərbaycanın daha beş yunan-Roma güləşçisi bu gün mübarizəyə qoşulacaq.

Oxu.Az-ın məlumatına görə, onlardan yalnız Nihat Məmmədli təsnifat mərhələsindən yarışa başlayacaq.

Digər dörd güləşçi 1/8 finaldan etibarən çıxış edəcək.

60 kq: Nihat Məmmədli - Nedyalko Petrov (Bolqarıstan)
67 kq: Həsrət Cəfərov - Sebastyan Nad (Serbiya)
72 kq: Ülvü Qənizadə - Giorgi Çxikvadze (Gürcüstan)
82 kq: Rafiq Hüseynov - Alperen Berber (Türkiyə)
97 kq: Murad Əhmədiyev - Tiron Sterkenburq (Niderland) / Daniel Qastl (Avstriya)

Bu gün, həmçinin 55, 63, 77, 87 və 130 kq çəki dərəcələrində medal görüşləri keçiriləcək. Azərbaycan idmançılarından dördü mükafat uğrunda yarışacaq. Rəşad Məmmədov (55 kq) və Murad Məmmədov (63 kq) Avropa çempionluğu üçün döşək üzərinə çıxacaqlar. Onlar həlledici dueldə müvafiq olaraq Artyom Deleanu (Moldova) və Aleksandr Qruşinlə (Ukrayna) üz-üzə gələcəklər.

İslam Abbasovla (87 kq) Beka Kandelaki (130 kq) isə bürünc mükafat qazanmağa çalışacaqlar. Onların rəqibləri təsəlliverici görüşlərdən sonra bilinəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri