22 
Fev
2024
13:14
146
9
2816
Virtual karabakh

“Qarabağ” azarkeşlərə müraciət etdi

22 Fev, 2024
13:14
2816

“Qarabağ” azarkeşlərə müraciət etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ” Futbol Klubu bu gün keçiriləcək “Qarabağ” - “Braqa” oyunu ilə bağlı azarkeşlərə müraciət edib.

Oxu.Az xəbər verir ki, həmin müraciət klubun sosial media hesabında yer alıb.

“Əziz azarkeşlərimiz, stadionun giriş qapıları oyunun start fitindən iki saat əvvəl açılacaq. Hər birinizdən stadiona iki saat öncə gəlməyiniz və yerinizi tutmağınız xahiş olunur”, - deyə klub qeyd edib.

Qeyd edək ki, “Qarabağ” bu gün UEFA Avropa Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq. Saat 21:45-də başlayacaq matçı Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri