23 
Fev
2024
19:22
83
9
1591
Virtual karabakh

Azərbaycan Premyer Liqası: XXIV turun açılış oyununda “Kəpəz” qalib gəlib - YENİLƏNİB

23 Fev, 2024
19:22
1591

Azərbaycan Premyer Liqası: XXIV turun açılış oyununda “Kəpəz” qalib gəlib - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura start verilib.

Oxu.Az xəbər verir ki, Qəbələdə baş tutan günün yeganə matçında “Kəpəz” və “Qəbələ” komandaları münasibətləri aydınlaşdırıblar.

Görüş nominal meydan sahibi olan Gəncə təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:1. Qalib komandanın heyətində 19-cu dəqiqədə Georgi Papunaşvili, 66-cı dəqiqədə isə penaltidən Amil Yunanov fərqlənib. “Qəbələ”nin yeganə qolunun müəllifi 44-cü dəqiqədə Osama Xalayla olub.

Bu qələbədən sonra “Kəpəz” 23 xalla 9-cu, “Qəbələ” isə 15 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər oyunları fevralın 24-25-də reallaşacaq.

11:43

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura start veriləcək.

“Report” xəbər verir ki, günün yeganə matçında “Kəpəz” və “Qəbələ” komandaları üz-üzə gələcəklər.

Gəncə təmsilçisi bu qarşılaşmada nominal meydan sahibi olacaq. Görüş saat 17:00-da başlayacaq. Matçı Rəvan Həmzəzadə idarə edəcək.

“Sarı-göylər” 20 xalla 9-cu, “Qəbələ” isə 15 xalla 10-cu pilədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası

XXIV

23 fevral

17:00. “Kəpəz” – “Qəbələ”

Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Kamran Bayramov, Cavid Cəlilov.

Hakim-inspektor: Orxan Məmmədov.

AFFA nümayəndəsi: Zümrüd Ağayeva.

Qəbələ şəhər stadionu

Qeyd edək ki, turun digər oyunları fevralın 24-25-də reallaşacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri