24 
Fev
2024
23:24
87
13
1881
Virtual karabakh

“Qəbələ”də iclas: Daha iki məşqçi yola salındı

24 Fev, 2024
23:24
1881

“Qəbələ”də iclas: Daha iki məşqçi yola salındı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qəbələ”də daha iki məşqçinin gedişi rəsmiləşib.

Prosport.Az-ın məlumatına görə, dünən baş məşqçi Elmar Baxşıyevlə yolları ayıran klub rəhbərliyi bu gün iclas keçirib.

İclasın yekununda E.Baxşıyevin məşqçilər korpusunda yer alan Xaqani Məmmədov və Rasim Ramaldanovla da yollar ayrılıb. Bu isə heç də səbəbsiz deyil.

Klub hazırda II Liqada “Cəbrayıl” klubunu çalışdıran Cavid Hüseynovu və onun köməkçilərini komandaya gətirmək istəyir. Klubun idman direktoru Səbuhi Səfiyarlı Cəbrayıldan olan öz həmyerlisi Hüseynovla artıq danışıqlara başlayıb.

Qeyd edək ki, köhnə məşqçilər korpusundan əslən qəbələli olan qapıçılar üzrə məşqçi Vüqar Məmmədov və yaxınlarda komandaya analitik məşqçi təyin edilmiş Rakif Əliyevlə türkiyəli fiziki hazırlıq üzrə məşqçi Çağlar Volqa işini davam etdirəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri