27 
Fev
2024
03:19
159
40
8339
Virtual karabakh

Acun İlıcalı Ronaldinyoya “Survivor” üçün nə qədər pul ödəyib? - FOTO

27 Fev, 2024
03:19
8339

Acun İlıcalı Ronaldinyoya “Survivor” üçün nə qədər pul ödəyib? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əfsanəvi braziliyalı futbolçu Ronaldinyonun “Survivor”da iştirakı Türkiyədə olduğu kimi, Braziliyada da böyük marağa səbəb olub.

Sosial mediada Ronaldinyonun “Survivor”a qatılması üçün aldığı məbləğlə bağlı iddialar gündəmə gəlib.

Braziliya mətbuatında yer alan iddialara görə, “Survivor”un aparıcısı, türkiyəli iş adamı Acun İlıcalı Ronaldinyoya oyunda iştirakı üçün 100-150 min dollar (170 min-255 min manat) ödəyib.

“1 milyon dollarlıq ödənişli rəqabət mühitində Ronaldinyo futbol istedadı ilə yanaşı, digər sahələrdə də necə fərqlənə biləcəyini sübut etməklə diqqətləri üzərinə çəkdi”, - deyə yerli nəşrlərdən birində bildirilib.

Bu iştirak təkcə braziliyalı azarkeşlərin deyil, həm də beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib. Keçmiş futbolçunun bütün dünyada hələ də çox sevilən və populyar bir sima olaraq qaldığı vurğulanıb.

Xatırladaq ki, ötən günlərdə Acun İlıcalı hər kəsi təəccübləndirən sürpriz edib və Ronaldinyonun proqramın qonağı olacağını açıqlayıb. Dünya şöhrətli ulduz futbolu tərk edəndən illər sonra yarışa qatılıb və demək olar ki, hələ də istedadının qüvvədə olduğunu hamıya nümayiş etdirib.

Mənbə: Haber Global

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri