27 
Fev
2024
14:44
55
54
1881
Virtual karabakh

“Barselona” sabiq müdafiəçisini klubun əfsanəsi statusundan məhrum edib

27 Fev, 2024
14:44
1881

“Barselona” sabiq müdafiəçisini klubun əfsanəsi statusundan məhrum edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Barselona” cinsi təcavüzə görə həbs edilən sabiq braziliyalı müdafiəçisi Dani Alveşi klubun əfsanəsi statusundan məhrum edib.

Məlumata görə, “Barselona” braziliyalı ilə bağlı bu addımı ona qarşı ittihamlardan və həbsindən sonra deyil, məhz onunla bağlı yekun hökm oxunduqdan sonra atıb.

Komanda əfsanələrinin siyahısına əvvəllər klubda çıxış etmiş 102 futbolçu, o cümlədən “Barselona”nın qurucusu Joan Qamper daxildir. Klub əfsanəsi statusunu ən sonuncu alanlar Jordi Alba, Serxio Buskets və Jerar Pikedir.

Qeyd edək ki, Alveş “Barselona”nın heyətində 408 oyun keçirib, 22 qol vurub və 105 məhsuldar ötürmə edib. Komandanın tərkibində braziliyalı üç dəfə Çempionlar Liqasının, üç dəfə UEFA Superkubokunun, üç dəfə Klublararası Dünya Kubokunun qalibi olub, həmçinin altı dəfə İspaniya çempionatının və dörd dəfə ölkə kubokunun qalibi olub.

Barselona məhkəməsi Alveşə 4,5 il müddətinə həbs və 150 ​​min avro cərimə cəzası verib. Futbolçu Barselonada gecə klubunda 2022-ci il dekabrın 31-də qıza təcavüz etməkdə ittiham olunaraq 2023-cü ilin yanvarında həbs edilib.

Mənbə: Matchtv.ru

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri