Mar
2024
20:58
114
62
1945
Virtual karabakh

“Kəpəz” “Sumqayıt”a qalib gəldi - YENİLƏNİB + VİDEO

1 Mar, 2024
20:58
1945

“Kəpəz” “Sumqayıt”a qalib gəldi - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura start verilib.

Oxu.Az xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib.

Turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “Sumqayıt” öz meydanında “Kəpəz”lə qarşılaşıb və 1:3 hesabı ilə uduzub.

Turun digər oyunları martın 2-si və 3-də keçiriləcək.

1 mart (cümə)

19:00. “Sumqayıt” - “Kəpəz” - 1:3

Qollar: Vüsal Məsimov, 20 (0:1), Mate Kvirkviya, 62 (0:2), İsa Suliman, 80 (1:2), Rüfət Əhmədov, 90+5. 

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

11:08

Azərbaycan Premyer Liqasında XXV tura bu gün start veriləcək.

Oxu.Az-ın məlumatına görə, günün yeganə oyunu Sumqayıtda keçiriləcək.

Şəhərin eyniadlı komandası Mehdi Hüseynzadə adına stadionda “Kəpəz”i qəbul edəcək. “Gənclik şəhəri” təmsilçisi ikinci pillədəki yerini qorumaq, gəncəlilər isə autsayderdən bir qədər də uzaqlaşmaq üçün qələbə qazanmağa çalışacaqlar.

Hazırda “Sumqayıt” 36 xalla ikinci, “Kəpəz” isə 23 xalla doqquzuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər oyunları martın 2-3-də keçiriləcək.

Azərbaycan Premyer Liqası

XXV tur

1 mart

19:00. “Sumqayıt” – “Kəpəz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri