Mar
2024
02:04
77
9
1703
Virtual karabakh

İtaliya A seriyası: “Napoli” qonaqları məyus etdi - VİDEO

4 Mar, 2024
02:04
1703

İtaliya A seriyası: “Napoli” qonaqları məyus etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliya A Seriyasının 27-ci turunun “Napoli” və “Yuventus” oyunu başa çatıb. Oyun Neapoldakı Dieqo Armando Maradona stadionunda keçirilib. Matçı Mauritsio Marianinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. Meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.

Neapol klubu ilk hissənin sonunda hesabı açıb. 43-cü dəqiqədə Xviça Kvaratsxeliya meydan sahiblərini hesabda irəli çıxarıb. Qonaqlar 81-ci dəqiqədə tabloda tarazlığı bərpa ediblər. Turinlilərin heyətində Federiko Kyeza fərqlənib.

88-ci dəqiqədə Viktor Osimhen penalti yerinə yetirmək imkanı əldə edib. Meydan sahiblərinin hücumçusu penaltini dəqiq yerinə yetirə bilməsə də, qapıçının qaytardığı topu Cakomo Raspadori tora qovuşdurmağı bacarıb.

İtaliya çempionatının 27 turundan sonra “Yuventus” 57 xal toplayıb və lider “İnter”dən 12 xal geri qalaraq ikinci pillədə qərarlaşıb. “Napoli” 43 xal toplayıb - A Seriyasının turnir cədvəlində yeddincidir.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri