Mar
2024
17:18
24
86
3531
Virtual karabakh

Gülerin “Real Madrid”dəki gələcəyi ilə bağlı Ançelottinin mövqeyi bəlli oldu - FOTO

4 Mar, 2024
17:18
3531

Gülerin “Real Madrid”dəki gələcəyi ilə bağlı Ançelottinin mövqeyi bəlli oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Real Madrid”in baş məşqçisi Karlo Ançelottinin yarımmüdafiəçi Arda Gülerin klubdakı gələcəyi ilə bağlı mövqeyi bəlli olub. Belə ki, məşqçi gələn mövsüm üçün icarəyə getməsini türkiyəli futbolçu üçün ən yaxşı karyera inkişafı variantı hesab edir.

Oxu.Az-ın məlumatına görə, bu barədə tanınmış idman jurnalist Ramon Alvares de Mon özünün “X” sosial şəbəkə hesabında məlumat verib.

İnsayderin fikrincə, PSJ-nin hücumçusu Kilian Mbappenin ehtimal olunan gəlişi və gənc braziliyalı Endrikin “Palmeyras”dan gözlənilən transferi bu fikrə təsir edir.

Xatırladaq ki, futbolçunun klubla hazırkı əmək müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, Arda Gülerin bazar dəyəri 15 milyon avrodur.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri