Mar
2024
15:50
160
14
1624
Virtual karabakh

Xankəndi - Bakı ultramarafonunun qalibi: “Qələbəni şəhidlərimizə həsr edirik”

4 Mar, 2024
15:50
1624

Xankəndi - Bakı ultramarafonunun qalibi: “Qələbəni şəhidlərimizə həsr edirik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yarışın hər günündə, hər dəqiqəsində şəhidləri yad edirdik”.

“Report”un məlumatına görə, bunu Xankəndi - Bakı ultramarafonunun qalibi Artyom Əliyev jurnalistlərə açıqlamasında deyib.

Həm Qobustan - Bakı marşrutunun (55 kq), həm də 380 km-lik ümumi ultramarafonun qalibi olan idmançı uğurunu şəhidlərə həsr edib:

“Yarış çox gözəl təşkil olunmuşdu. Azərbaycan atletləri bir ailə kimi həm məşq keçdilər, həm də yarışdılar. Bu qələbəni şəhidlərimizə həsr edirik”.

Qeyd edək ki, fevralın 29-da startı verilən Xankəndi - Bakı ultramarafonunda idmançılar ümumilikdə 380 km məsafə qət ediblər. Yarışda Azərbaycanla yanaşı, Türkiyə (5 nəfər), Meksika (4) və Moldovanın (1) atletləri də mübarizə aparıblar.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri