10 
Mar
2024
13:36
198
7
1464
Virtual karabakh

Azərbaycanın iki boksçusu Dünya Kubokunda finala yüksəlib

10 Mar, 2024
13:36
1464

Azərbaycanın iki boksçusu Dünya Kubokunda finala yüksəlib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın iki boksçusu Monteneqronun Budva şəhərində gənclər arasında ənənəvi Dünya Kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirində finala yüksəlib.

Oxu.Az xəbər verir ki, Bilalhəbəşi Nəzərov (48 kq) və Zidan Hümbətov (51 kq) yarımfinal səddini uğurla keçib.

B.Nəzərov (48 kq) kubalı Manuel Sober Ruisi 5:0 (29:28, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub edib. O, finalda Tamta Briyeşlə (Hindistan) döyüşəcək.

Z.Hümbətov isə hindistanlı Juji Rubandan güclü olub. Hər üç raundda rəqibindən güclü olan boksçu 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, qızıl medal uğrunda Arseniy Jiltsovla (Rusiya) üz-üzə gələcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri