15 
Noy
2023
10:56
19
45
1523
Virtual karabakh

AZAL Dubayın turizm məkanlarında sərnişinlərə endirimlər təqdim edir - FOTO

15 Noy, 2023
10:56
1523

AZAL Dubayın turizm məkanlarında sərnişinlərə endirimlər təqdim edir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın milli aviadaşıyıcısı ilə 15 noyabr 2023-cü il tarixindən 31 mart 2024-cü il tarixinədək Dubaya səyahət edən sərnişinlər BƏƏ-nin ən böyük şəhərinin məşhur turizm və əyləncə məkanlarında endirimlərdən yararlana bilərlər.

AZAL-ın müştəriləri Dubaydakı “Dolphin Bay” delfinariyası və “The Lost Chambers” okeanariumunda 15%, “The View at the Palm” baxış meydançası və “AYA Universe” muzeyində isə 20% endirim əldə edə bilərlər. Endirimdən yararlanmaq üçün AZAL sərnişinləri qeyd olunan məkanları ziyarət edərkən minik talonu və pasportlarını təqdim etməlidirlər.

Qeyd edək ki, təklif yalnız birdəfəlik istifadə üçün keçərlidir və BƏƏ-nin dövlət bayramları zamanı tətbiq edilmir.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri