Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Tayvana məxsus təyyarə Bakıda təcili eniş edib: Sərnişin ölüb
Banqkok-Vyana reysini yerinə yetirən Tayvanın "Eva Airways" aviaşirkətinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
Oxu.Az xəbər verir ki, bu barədə aeroportun Mətbuat Xidməti məlumat yayıb.
Buna səbəb təyyarədəki sərnişinlərdən birinin səhhətinin kəskin şəkildə pisləşməsi olub.
"Boeing 787" təyyarəsi yerli vaxtla saat 06:49-da Bakı hava limanına enib.
Tibbi personal tərəfindən sərnişinin nəbzinin olmadığını qeydə alınıb və dərhal zəruri yardım göstərilməyə başlanılıb. Lakin bütün səylərə baxmayaraq, təəssüf ki, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.
Heydər Əliyev Beynəlxalq Aeroportu mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
"AZAL (Azərbaycan Hava Yolları)" teqi üzrə xəbərlər
- Lavrov: "Rusiya Azərbaycanla münasibətlərin inkişafını yüksək qiymətləndirir"
- Qatı duman səbəbindən ehtiyat aeroporta göndərilən təyyarələr Bakıya eniş ediblər
- Təyyarə qəzasından 4 gün sonra ayılan Zaqatala sakini xəstəxanadan evə BURAXILDI
- Azərbaycanın konkret tələbi: Təyyarə qəzası ədalətli araşdırılmalıdır
- AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanlardan daha bir nəfər evə buraxılıb
Rəylər