29 
Noy
2023
15:52
52
20
1181
Virtual karabakh

Rusiyanın “Utair” aviaşirkəti Azərbaycana uçuşların payız-qış cədvəlini hazırlayıb

29 Noy, 2023
15:52
1181

Rusiyanın “Utair” aviaşirkəti Azərbaycana uçuşların payız-qış cədvəlini hazırlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın “Utair” aviaşirkəti Azərbaycana uçuşların payız-qış cədvəlini hazırlayıb. Uçuşlar Moskvadan və regionlardan Bakı, Gəncə və Naxçıvana həyata keçiriləcək.

Bu barədə “Utair - Sərnişin Hava Yolları”nın prezidenti Oleq Semenov bildirib.

Onun sözlərinə görə, bir il əvvəl Azərbaycanın şəhərlərinə uçuş proqramı xeyli genişləndirilib.

“Biz uçuşların tezliyini artırmağı planlaşdırırıq. Bütün il boyu bu marşrutlar üzrə uçuşlar həyata keçirəcəyik”, - deyə o əlavə edib.

Qeyd edək ki, “Utair”in payız-qış cədvəlinə görə Qroznı, Moskva, Samara, Sankt-Peterburq, Surqut, Tümen və Ufadan Bakıya, Moskvadan isə Gəncə və Naxçıvana reyslər olacaq. Biletlər aviaşirkətin internet saytında və mobil proqramda artıq satışdadır.

Mənbə: Aviapages.ru

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri