Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakıda kanalın üzərindən keçən yolun bir hissəsi çökdü, məhəccər aşdı
Bakının Sabunçu rayonunun Ramana qəsəbəsi, Şuşa şəhərciyinə gedən yolun bir hissəsi qəzalı vəziyyətə düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.
Qeyd olunub ki, kanalın üzərindən keçən yolun bir hissəsi çöküb, kənardakı məhəccər isə bir neçə aydır ki, aşıb.
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, ərazidə təmir-bərpa işləri aparılıb, məhəccər qaldırılaraq yerinə qoyulub.
Yolun çökməsi ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) ünvanladığımız suala isə hələ ki cavab verilməyib.
Aytac Qasımova
"Yol çökməsi" teqi üzrə xəbərlər
- Heydər Əliyev prospektində YOL ÇÖKDÜ: TIXAC YARANDI
- Bakıda yol ÇÖKDÜ: Sürücülərdən ŞİKAYƏT
- Yaponiyada bir milyondan çox sakini kanalizasiyasız qoyan kişi üç gündür çökəklikdən çıxarılmayıb
- Yaponiyada hökumət bir milyondan çox sakinə kanalizasiyadan istifadəni qadağan etdi
- Abşeronda yol ÇÖKDÜ: Problem nə vaxt həll olunacaq?