Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

AZAL Qurban bayramına özəl uçuşların sayını artırır
Azərbaycanın milli aviadaşıyıcısı "Azərbaycan Hava Yolları" QSC (AZAL) Qurban bayramı münasibətilə artan sərnişin tələbatını nəzərə alaraq bir neçə məşhur istiqamətdə əlavə reyslər həyata keçirəcək. Əlavə uçuşlar Bakıdan İstanbula, Antalyaya və Dubaya planlaşdırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
Belə ki, AZAL Bakıdan İstanbula iyun ayının 5-i, 6-sı, 8-i, Antalyaya iyunun 6-dan 12-nə kimi hər gün, Dubaya isə iyunun 4-ü, 5-i, 8-i və 9-u tarixlərində əlavə reys yerinə yetirəcək. Sözügedən şəhərlərə uçuşların artırılması sərnişinlərə bayram günlərində daha rahat səyahət imkanı yaratmaq məqsədini daşıyır.
AZAL Qurban bayramı dönəmində səyahət etməyi planlaşdıran bütün sərnişinlərə biletləri əvvəlcədən almağı tövsiyə edir.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə edə bilərsiniz.
"Azərbaycan Hava Yolları QSC (AZAL)" teqi üzrə xəbərlər
- AZANS "ATM Awards 2024" beynəlxalq mükafatı üzrə yüksək yerə layiq görülüb
- Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı oldu
- ICAO Rusiyanın "Boing" təqsirini təsdiqlədi: Növbəti AZAL-ın təyyarəsi ola bilər
- AZAL IATA-nın Ekoloji Qiymətləndirmə Proqramına qoşulub
- AZAL IATA-nın "CO2 Connect" proqramına qoşuldu