Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycan və Türkiyə turizm sahəsində əməkdaşlığa dair saziş imzalayıb
Bu gün Azərbaycan və Türkiyə arasında turizm sahəsində əməkdaşlığı gücləndirməyi və turizm əlaqələrini inkişaf etdirməyi nəzərdə tutan saziş imzalanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.
Sənədi Azərbaycan tərəfindən Agentliyin sədri Fuad Nağıyev, Türkiyə tərəfindən isə mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy imzalayıblar.
Sazişdə ölkələr arasında qonaqpərvərlik, turizm sahəsi və qanunvericiliyi istiqamətində məlumat mübadiləsi, turizm statistikasının təkmilləşdirilməsi, qastroturizm, turizm təhsili sahəsində əməkdaşlıq və investisiya təşviqinin əsasları kimi məsələlər xüsusi vurğulanır.
Həmçinin sazişdə mediatur, infotur, tədbir və seminarların təşkili, birgə səyahət marşrutunun inkişaf etdirilməsi, qarşılıqlı təbliğat və marketinq fəaliyyəti ilə turist axınını artırmaq, təbii və mədəni irsin qorunması, eləcə də tanıdılması istiqamətində birgə fəaliyyətlərin həyata keçirilməsi ilə bağlı mövzular əksini tapır.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr dövründə Azərbaycana səfər edən Türkiyə vətəndaşlarının sayı 357 615 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16% çoxdur.
"Dövlət Turizm Agentliyi (DTA)" teqi üzrə xəbərlər
- Azərbaycanda qış turizm mövsümünə start verilib
- Şəkidə tarixi məbədə 50 min manat xərclənəcək
- Dövlət agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik
- Kənan Qasımov: "Biz iqlim məsələlərinin turizm sektoruna cəlb olunmasına çalışırıq"
- Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi elan olunub
Rəylər