Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycandan hava nəqliyyatı ilə sərnişindaşıma 39% artıb
Bu ilin yanvar-may aylarında Azərbaycandan hava nəqliyyatı ilə 1 milyon 192 min 751 nəfər sərnişin daşınıb.
"Report" Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38,5% çoxdur.
Hesabat dövründə ən çox sərnişin 334 min 113 nəfər olmaqla Rusiyaya səfər edib. Bu da bir il əvvələ nisbətən 27,8% çoxdur.
Siyahıda Rusiyanı Türkiyə (298 min 293 nəfər sərnişin, +26,5%) və Birləşmiş Ərəb Əmirlikləri (163 min 769 sərnişin, +47,3%) izləyib.
Təkcə mayda isə Azərbaycandan 283 min 917 sərnişin daşınıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 35,8% çoxdur. O cümlədən, ötən ay Rusiyaya səfər edənlərin sayı 28,1% artaraq 79 min 562 nəfər olub.