2019-cu ilin 10 ayı ərzində Azərbaycana 2,7 milyon xarici vətəndaş səfər edib. Ənənəvi bazarlarından başqa, Çin, Hindistandan da xeyli turist gəlib.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Turizm Sammitində çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
Onun sözlərinə görə, Azərbaycanı turizm ölkəsinə çevirmək üçün imkanlar genişdir:
“Amma turistləri ölkəyə cəlb etməklə iş bitmir. Gələn turistləri ölkəmizə yenidən qayıtmağa vadar etməyə çalışmaq lazımdır. Növbəti ildə turistləri ölkəmizə yenidən qaytarmağa çalışmalıyıq. Ötən il turizm sənayesi üçün çox yaddaqalan olub. Ölkəyə gələn xarici qonaqların sayında artım müşahidə edilib.
Müasir tələblərə cavab verən marketinq işləri həyata keçirilib. Bu gün hotel sənayesinin üzvləri turizm sənayesinin inkişafında mühüm rol oynayırlar. Hesab edirəm ki, gələn il də bizi ciddi islahatlar gözləyir”.
F.Nağıyev qeyd edib ki, turizm sahəsində görüləcək işlər də çoxdur:
“Sağlam rəqabət mühitinin formalaşdırılmasının tərəfdarıyıq. Optimal qiymətlərin formalaşması mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, gələn il də bizi ciddi islahatlar gözləyir”.
İlhamə Əbülfət
Rəylər